Alman bankı müştərisinə 6 milyard dollar göndərdi
Deutsche Bank AG bankı kiçik valyuta treyderinin sistemə daxil etdiyi yanlış rəqəm üzündən Amerika hec-fondun hesabına səhvən 6 milyard dollar köçürüb, Financial Times məlumat yayıb.
Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, səhərisi gün pullar qaytarılıb, hadisə barədə Federal Ehtiyatlara, Avropa Mərkəzi Bankına və Britaniya tənzimləyici orqanlarına bildirilib.
Səhv iyunda bankın London ofisində kiçik treyder tərəfindən buraxılıb, bölmənin rəhbəri məzuniyyətdə olub. Treyder sövdələşmənin ümumi dövriyyəsini onun maliyyə nəticəsi ilə səhv salıb.
Deutsche Bank indi struktur dəyişikliyi edir və tənzimləyicilər tərəfindən diqqət mərkəzindədir.
Mənbə:> Oxu.Az