SOCAR “Uzbekneftqaz” ilə birgə müəssisə yaradır
SOCAR və Özbəkistanın milli neft-qaz holdinqi olan “Uzbekneftqaz” ilə birgə müəssisə yaradır. Bu müəssisə Özbəkistanda neft-qaz sahəsində enerji texnologiyalarının tətbiqini nəzərdə tutur.
Oxu.Az-ın “Sputniknews-uz” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Özbəkistan şirkətinin nümayəndəsi xəbər verib.
“Tərəflər paritet əsaslarla birgə müəssisənin yaradılması haqqında müvafiq memorandum imzalayıblar. SOCAR bu cür layihələrin reallaşdırılması üçün bütün lazımi avadanlıq və texnologiyalara malikdir”, - deyə, nümayəndə bildirib.
Birgə müəssisənin yaradılması ilə bağlı təsis müqaviləsi 2016-cı ilin birinci yarısında imzalana bilər.
Mənbə:> Oxu.Az