Azad Rəhimov manatın məzənnəsinin düşməsindən danışdı
Formula-1 yarışının büdcəsi əvvəlcədən dollarla müəyyənləşdirilmişdi.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov manatın məzənnəsinin azalmasının gələn ilin yayında ölkədə keçiriləcək Formula-1 yarışının büdcəsinə təsiri barədə sualı şərh edərkən bildirib.
A. Rəhimov qeyd edib ki, manatın məzənnəsinin azalması nazirliyin fəaliyyətinə heç bir şəkildə təsir göstərməyəcək.
“Biz xaricdən heç bir şey gətirmirik, - deyə, nazir bildirib. – Düşünmürəm ki, dolların məzənnəsinin artması bizə planlaşdırılan təlim-məşq toplantılarını keçirməyə və idmançıları yarışlara göndərməyə mane olsun. Problem olmayacaq. İyunda Bakıda keçiriləcək Formula-1 yarışının büdcəsində gəldikdə isə o, əvvəlcədən dollarla müəyyənləşdirilmişdi”.
Mənbə:> Oxu.Az