Mərkəzi Bank: Manatın məzənnəsinin dəyişməsi üçün əsas yoxdur » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Mərkəzi Bank: Manatın məzənnəsinin dəyişməsi üçün əsas yoxdur

Mərkəzi Bank: Manatın məzənnəsinin dəyişməsi üçün əsas yoxdur


Digər ölkələrdən fərqli olaraq, Azərbaycanın tədiyyə balansında defisit yox, profisit var.

AzNews.info APA-Economics-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Xəqani Abdullayev bildirib.

X.Abdullayevin sözlərinə görə, hələlik manatın məzənnəsinin dəyişməsi üçün fundamental əsas yoxdur.

"O ölkələrdə kəskin dəyişmələr olur ki, orda tədiyyə balansında valyuta daxil olmalarının kəskin azalması və yaxud defisitə keçmə ehtimali olur. Bizim tədiyyə balansı hələ ki, tarazlaşdırılmış vəziyyətdədir. Bu baxımdan düşünmürük ki, manatın məzənnəsinin kəskin oynaması üçün bir əsas var.

Valyuta bazarında tam tarazlıq var. Bu gün valyuta bazarında valyutaya tələbat stabilləşib. Təklif kanallarında da stabilləşmə var. Bu tarazlıq baxımdan düşünmürük ki, bugünkü günə manatın məzənnəsinin ciddi dəyişməsinə əsas var”, - sədr müavini deyib.

Üzən məzənnə siyasətinə keçidə gəlincə, X.Abdullayev bildirib ki, AMB-nin ortamüddətli dövr üçün manatın məzənnəsinin çevikliyinin artırılması ilə bağlı yol xəritəsi var:

"Düşünürük ki, ortamüddətli dövrdə bu yol xəritəsini uğurla reallaşdıra biləcəyik. Lakin bu il və gələn il üçün manatın məzənnəsinin neft qiymətləri və tədiyyə balansında kəskin dəyişməsinə zərurət görmürük".

Mənbə: APA-Economics
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *