Dövlət Xidməti 5 tona yaxın əti məhv edəcək – FOTO
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti satış məqsədilə ölkəyə gətirilən 5 tona yaxın əti zərərsizləşdirəcək.
Oxu.Az-a Xidmətdən verilən məlumata görə, ətlərin zərərsizləşdirilməsi tədbiri bu günlərdə həyata keçiriləcək.
Xidmətdən verilən məlumata görə, ətin zərərsizləşdirilməsinə səbəb onda aşkarlanan bir çox xəstəliklər olub:
“Aparılan bakterioloji müayinə zamanı nümunələrdə bakterioloji çirklənmə, salmonella və eşerixa koli (escherichia coli) xəstəliyinin törədicisi müəyyən olunub.
Biokimyəvi müaynə zamanı isə yoxlanılan nümunələrin keyfiyyətsiz, eləcə də daxil olan onlardan 13-nün ölmüş və aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvanların ətləri olduğu müəyyən edilib”.
Mənbə:> Oxu.Az