DSMF: Əlillərin aldıqları pensiyaların məbləği artırılıb
Əhalinin pensiya təminatında yeni sistemin tətbiqi dövründə əlilliyə görə əmək pensiyası alanların pensiyalarının əhəmiyyətli artımı baş verib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Oxu.Az-a bildirilib.
“Ölkə üzrə əlilliyə görə əmək pensiyası alanların pensiyalarının orta aylıq məbləği 01 yanvar 2006-cı il tarixə 32,3 manat olduğu halda, 1 dekabr 2015-ci il tarixə bu məbləğ 149,09 manata çatıb. Hazırda I qrup gözdən əlillərin pensiyalarının orta aylıq məbləği isə 257,35 manat təşkil edir”, - deyə Fonddan qeyd edilib.
DSMF-dan onu da bildiriblər ki, ötən dövr ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlillərin pensiyalarının vaxtında ödənilməsi təmin olunub.
Mənbə:> Oxu.Az