Azərbaycanda neftçilər nə qədər pensiya alır?
Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 370,8 manat təşkil edir.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Oxu.Az-a bildirilib.
DSMF-dan bildirilib ki, neft sənayesində çalışmış pensiyaçıların sayı isə 26,8 min nəfərdən artıqdır.
Bundan başqa, fonddan onu da qeyd ediblər ki, neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar güzəştli şərtlərlə erkən pensiyaya çıxmaq hüququ qazanırlar.
“Dövlət Neft Şirkəti (SOCAR) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, eləcə də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında xüsusi çəkiyə malikdir.
2015-cü ilin 8 ayı ərzində ARDNŞ tərəfindən DSMF-yə neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 89 milyon manatdan çox məcburi dövlət sosial sığorta haqqı ödənilib” - deyə, Fonddan bildirilib.
Qeyd edək ki, 20 sentyabr Azərbaycanda neftçilərin peşə bayramı günü (Neftçilər günü) kimi qeyd edilir.
Mənbə:> Oxu.Az