Azərbaycanda çalışanların sayı açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda çalışanların sayı açıqlandı

Azərbaycanda çalışanların sayı açıqlandı


Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 milyon 126 min 905 nəfərə yüksəlib.

Oxu.Az-a bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.

2015-ci il sentyabr ayının 1-nə olan statistikaya əsasən, DSMF tərəfindən avqust ayında əlavə olaraq 13 852 sığortaolunana fərdi şəxsi hesab açılıb.

Cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 5,06% artıb. Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 126 905 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,16%-i (1 849 083 nəfər) kişi, 40,84%-i (1 277 022 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,94%-ni (779 763 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,39 %-ni (668 789 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,62%-ni (644 645 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,15%-ni (661 519 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,9%-ni (372 189 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Qeyd edək ki, fərdi uçot-Azərbaycanın qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *