Türk tekstili “yüksək risk” qrupuna düşdü
Rusiya İstehlakçı Nəzarətinin Türkiyədən gətirilən yüngül sənaye mallarına qarşı iradları var.
Söhbət geyim, mebel və təmizləyici vasitələrdən gedir, RİA Novosti nəzarət idarəsinə istinadən məlumat yayıb, Oxu.Az xəbər verir.
“İl ərzində yüngül sənaye, o cümlədən uşaq geyimləri, mebel, təmizləyici və yuyucu vasitələr kimi mallar kateqoriyasında normativ tələblərə uyğunsuzluq aşkar edilir.
Hər bir halda Rusiyanın qanunvericiliyinə müvafiq olaraq tədbirlər görülür, mallar yüksək risk qrupuna aid edilib”, - idarədən bildiriblər.
Yüngül sənayedən fərqli olaraq Rusiya İstehlakçı Nəzarəti ət məhsulları, şirniyyat məhsulları, meyvə və tərəvəz, çərəzlər və d. mallara nəzarəti gücləndirib.
Daha öncə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin türk kənd təsərrüfatı mallarının 15%-ni yararsız hesab etdiyi barədə məlumat verilmişdi.
Mənbə:> Oxu.Az