Rusiyalı evdar xanımlar daha Fairy ilə qab yuya bilməyəcəklər
Rusiya reteylerləri mağazaların piştaxtalarından xarici şirkətlərə məxsus yuyucu və təmizləyici vasitələri yığışdırmağa başlayıblar.
Oxu.Az xəbər verir ki, “Komersant”ın yazdığına görə, buna səbəb Rusiya istehlakçı nəzarəti xidmətinin imzaladığı sərəncam olub, belə ki, qurumun yoxlaması zamanı bəzi məişət kimyası məmulatlarının təhlükəsizlik tələblərinə müvafiq olmadığı aşkarlanıb.
İdarənin rəhbəri Anna Popovanın Rusiya istehlakçı nəzarəti ərazi idarəsinə iyulun 28-də yolladığı məktub nəşrin sərəncamında olub.
Bu məktubda xidmətin iradının Henkel, Procter&Gamble və Colgate-Palmolive kimi şirkətlərin məmulatlarına qarşı olduğu bildirilmişdi.
Mənbə:> Oxu.Az