Moskvadan Bakıya böyük imkan » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Moskvadan Bakıya böyük imkan

Moskvadan Bakıya böyük imkan


Azərbaycandan Rusiyaya meyvə-tərəvəzin ixrac prosesi asanlaşacaq.

ANS PRESS-in məlumatına görə, iki ölkə gömrük nəzarəti nəticələrinin qarşılıqlı tanınması haqqında danışıqlar aparacaq.

Əgər bu danışıqlar müvəffəqiyyətlə nəticələnərsə o zaman, iki ölkənin gömrük prosedurları sadələşdirilə bilər. Bu isə sahibkarların tranzit xərclərini iki dəfəyə qədər azaldacaq və iki ölkə arasında ticarət canlanacaq.

Rusiya bazarlarda ticarət yerlərinin dörddə birini fermerlərə verəcəklər. RF baş naziri Dmitri Medvedev Federal gömrük xidməti mallarının idxalı ilə bağlı sərəncam da verib. Bu sərəncama əsasən, Rusiya Azərbaycanla danışıqlar aparacaq və gömrük nəzarəti nəticələrinin qarşılıqlı tanınması ilə bağlı təkliflər veriləcək.

Rusiya Serbiyadan meyvə və tərəvəzlərin idxalını dayandırmaq niyyətindədir. Buna səbəb isə Azərbaycan məhsullarıdır.

Belə ki, rus mütəxəssislər Azərbaycan məhsullarının digər ölkələrə nisbətdə daha ucuz başa gəldiyini düşünürlər. Bununla yanaşı, Rusiyada bitməyən mövsümi meyvə-tərəvəzləri Azərbaycanın ixrac etməsi də RF-nin bu ölkəyə maraq göstərməsinə səbəb olur.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *