İstehlakçı yararsız məhsulla qarşılaşdıqda nə etməlidir?
.AzadXeber.az-ın redaksiyasına daxil olan məlumata görə, istehsal tarixi mayın 20-də bitməsinə baxmayaraq alınan şor istifadəyə yararsız vəziyyətdə olub.
Məsələ ilə bağlı AzadXeber.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov münasibət bildirib.
Ekspert söyləyib ki, müştəri belə bir halla qarşılaşdığı zaman öncə malı qaytarmalı, sonra məhkəməyə və ya Azad İstehlakçılar Birliyinə müraciət etməlidir: "Bu cür problemlərin tez-tez baş verməsinin səbəblərindən biri də müştərinin belə hallarla qarşılaşarkən ciddi reaksiya göstərməməsidir".
Vəkil Fariz Namazlı AzadXeber.az-a müştərilərin istehlak hüququndan danışıb. Müsahibin sözlərinə görə, müştəri aldığı məhsulun son istifadə müddətinin keçdiyini, keyfiyyətini itirdiyini görərsə, malın qaytarılmasını və ya dəyişdirilməsini tələb etməlidir: "Məhsulu satan market bundan imtina edərsə, müştəri məhkəməyə müraciət edə bilər. Əgər eyni firmanın məhsulu ilə bağlı çoxsaylı şikayətlər gəlirsə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsinə müraciət edə bilərlər. Onlar antisanitariya şəraitində və ya hazırlanma qaydasında başqa problem olduğunu müəyyənləşdirdikdən sonra firmanı inzibati məsuliyyətə cəlb edə bilərlər".
Vəkil sonda qeyd etdi ki, "müştərilər bu cür hal ilə təkrar-təkrar qarşılaşdıqları zaman laqeyd yanaşmamalıdırlar".
Mənbə:> AzadXeber.az