Peterburqda Azərbaycandan gətirilən ət yandırılacaq
Rusiyanın Sankt-Peterburq şəhərinin “Pulkovo” aeroportunda qanunsuz gətirilən ət və süd məhsulları aşkar edilib.
Oxu.Az bu barədə “Rosbalt”a istinadla xəbər verir.
Rusiya kənd təsərrüfatı nəzarətinin mətbuat xidmətindən verilən məlumata əsasən, Tacikistan və Azərbaycandan olan sərnişinlərin əl yükündən ümumi çəkisi 13 kq olan ət və süd məhsulları aşkar edilib.
Bu məhsullar baytarlıqdan qoşma sənədlər olmadan və nazirliyin icazəsi olmadan gətirlib.
Potensial təhlükəli yük saxlanılıb və tullantıların yandırıldığı sobada yandırılacaq.
Mənbə:> Oxu.Az