Rusiyada azərbaycanlıların “qanunsuz” ət və süd məhsulları müsadirə edilib » AzNews.info -Xəbər portalı

Rusiyada azərbaycanlıların “qanunsuz” ət və süd məhsulları müsadirə edilib

Rusiyada azərbaycanlıların “qanunsuz” ət və süd məhsulları müsadirə edilib


Rusiyanın Sankt-Peterburq şəhərinin “Pulkovo” hava limanında Tacikistan və Azərbaycan vətəndaşlarının ölkə ərazisinə qanunsuz keçirmək istədikləri ət və süd məhsulları müsadirə edilib.

Oxu.Az xəbər verir ki, Rosbalt-a Rusiya Kənd Təsərrüfatı Məhsullarına Nəzarət Üzrə Dövlət Xidmətindən verilən məlumata əsasən, ümumi çəkisi təxminən 13 kiloqramm olan süd və ət məhsulları sərnişinlərin baqaj və əl yükündə aşkar edilib.

Mallar yükün keyfiyyətini və təhlükəsizliyini təsdiq edən baytarlıq sənədləri olmadan Rusiya ərazisinə gətirilib.

Potensial təhlükəli yük saxlanılıb və tullantıların yandırma sobasında məhv ediləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *