Türkiyə neft satışından əldə etdiyi gəliri açıqladı
Türkiyə ötən il neft-qaz axtarışında rekord qırıb.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, bu bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Əli Riza Alaboyun Anadolu müxbirinin Türkiyənin neft-qaz axtarışları ilə bağlı sualına cavab olaraq bildirib.
Türkiyənin neft axtarış işlərinin sürətlə artdığını bildirən nazir qeyd edib ki, 2003-2015-ci ilin sentyabrın sonu etibari ilə 48 min quyu qazılıb. İstehsal edilə bilən neft ehtiyatı isə 42,6 milyon tona çatıb.
Alaboyun 2003-2015-ci illərin sentyabr sonu etibari ilə 1 milyon 868 min 778 metr qazma işlərinin həyata keçirildiyini bildirib:
“Ötən il neft və qaz axtarış işləri ilə bağlı bütün dövrlərin ən çox qazma işləri həyata keçirilib. Təsbit və axtarış işləri nəticəsində 2003-2015-ci il sentyabr ayının sonu etibari ilə 29,2 milyon ton xam neft əldə edilib. Hasil olunan ehtiyat isə 2014-cü ilin sonu etibari ilə 42,6 milyon tona çatıb. Son 13 ildəki axtarış işləri nəticəsində isə 3,7 milyard kubmetr təbii qaz əldə edilib.
Təbii qazda ümumi istehsal ehtiyatı isə 2014-cü ilin sonu etibari ilə 5 milyard kub metrə çatıb”.
“Bu günə qədər 3 min 185 quyu qazılıb ki onun 72%-i Cənub-Şərqi Anadolu, 21%-i Trakya bölgəsində, 7%-i isə digər bölgələrdə qazılıb”, - deyə Alaboyun əlavə edib.
Onun sözlərinə görə, 2002-ci ildə neft və qaz sahəsinə investisiyaların həcmi 10 dəfə artıb, son 13 ildə isə bu sahəyə 13,3 milyard dollar sərmayə edilib:
“Eyni dövrdə 22,2 milyard dollar satış gəliri əldə edilib. Bunun isə dövlətə ümumi mənfəəti 10,5 milyard dollardır”, - deyə, nazir bildirib.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli