İlham Əliyev Azərbaycanda internetlə bağlı vəziyyətdən danışdı » AzNews.info -Xəbər portalı

İlham Əliyev Azərbaycanda internetlə bağlı vəziyyətdən danışdı

İlham Əliyev Azərbaycanda internetlə bağlı vəziyyətdən danışdı


Biz güclü demokratik təsisatlar yaratmışıq, müasir siyasi və çoxpartiyalı sistem qurmuşuq. Azərbaycan bütün azadlıqlara hörmət edildiyi bir ölkədir. Söhbət siyasi fəaliyyət azadlığından, mətbuat azadlığından, toplaşma azadlığından gedir.

Oxu.Az xəbər verir ki, bunu Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Prezident bəyan edib ki, Dünya Bankının qiymətləndirməsinə əsasən, 2008-ci ildə azərbaycanlıların yalnız 17 faizi internet istifadəçisi idi, 2015-ci ildə bu göstərici artıq 75 faiz təşkil edir.

“Bizim planımız bütün ölkə ərazisini genişzolaqlı pulsuz internet rabitəsi ilə əhatə etməkdir. Bu, mətbuat azadlığının, informasiya azadlığının bizim üçün prioritet məsələlər sırasına daxil edildiyini aydın nümayiş etdirir”, - deyə, dövlət başçısı vurğulayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *