Nazirlik: Oktyabrda istehsalatla əlaqəli 8 bədbəxt hadisə baş verdi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Nazirlik: Oktyabrda istehsalatla əlaqəli 8 bədbəxt hadisə baş verdi

Nazirlik: Oktyabrda istehsalatla əlaqəli 8 bədbəxt hadisə baş verdi


Cari ilin yanvar-oktyabr aylarında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,2%, bu hadisələr zamanı xəsarət alanların sayı 40%-ə yaxın, istehsalatla əlaqəli qrup halında bədbəxt hadisələrin sayı isə 13 dəfə azalıb.

Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.

“Bu ilin oktyabr ayında isə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı keçən ilin oktyabr ayı ilə müqayisədə 3,6 dəfə azalaraq 8-ə enib.

Ay ərzində istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayı 3,2 dəfə azalıb.

Habelə ötən ilin oktyabr ayında istehsalatla əlaqəli qrup halında bir bədbəxt hadisə baş verdiyi halda, son bir ayda belə hadisə qeydə alınmayıb”, - deyə nazirlikdən qeyd edilib.

Nazirlikdən onu da bildiriblər ki, iş yerlərində baş vermiş hər bir istehsalat qəzası ilə bağlı qanunauyğun şəkildə təhqiqatın aparılması və müvafiq tədbirlərin görülməsi təmin olunub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *