Nazirlik: Sentyabrda 1803 halda əmək qanunvericiliyi pozuldu » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Nazirlik: Sentyabrda 1803 halda əmək qanunvericiliyi pozuldu

Nazirlik: Sentyabrda 1803 halda əmək qanunvericiliyi pozuldu


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cari ilin sentyabr ayında həyata keçirilən dövlət nəzarəti zamanı müxtəlif müəssisələrdə 1 803 halda əmək qanunvericiliyinin pozulması faktı qeydə alınıb.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, əsasən özəl sektora aid müəssisələrdə və topdansatış, tikinti, ticarət, ictimai iaşə sahələrində aşkar olunan həmin hüquq pozuntularının aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb.

İnzibati xətalara yol vermiş işəgötürənlərə qarşı qanunvericilikdə nəzərdə tutulan məbləğlərdə cərimələr tətbiq olunub. Cərimələrin 35,7%-i (185 419 manat) dövlət büdcəsinə ödənilib.

“DƏMX tərəfindən təsirli nəzarət tədbirləri və işəgötürənlər arasında davamlı təbliğat və maarifləndirmə işləri əmək qanunvericiliyinin pozulması hallarının cari ilin 9 ayında da azalması ilə müşahidə olunub. Belə ki, bu ilin yanvar-sentyabr aylarında iş yerlərində aşkar edilən belə hüquq pozuntularının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11%-ə yaxın azalaraq 13 202-yə enib.

Həmin inzibati xətalara görə, işəgötürənlərə tətbiq olunan cərimələrin 44%-nin, yəni 1 585 342 manatının dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3% çoxdur” - deyə, nazirlikdən qeyd olunub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *