Banklara niyə əmanət qoyulmur? » AzNews.info -Xəbər portalı

Banklara niyə əmanət qoyulmur? – VİDEO

Banklara niyə əmanət qoyulmur?


Banklardakı əmanətlərin ümumi həcmi hazırda 7 milyard manatdan çox olsa da bu məbləğin cəmi 5 faizi bölgələrin payına düşür.

Bank əmanətlərinin yalnız 5 faizi bölgələrin payına düşüb. Mərkəzi Bankın yanvar-sentyabr aylarında əmanətlərin vəziyyəti ilə bağlı açıqladığı son rəqəmlər bunu deməyə əsas verir. Əmanətlərin payında regionlarla Bakı arasında olan böyük fərqin isə bir sıra səbəbləri var.

Bölgələrdəki insanların bir qismi isə əmanətlərini ya evlərində saxlamağa üstünlük verir ya da kənd təsərrüfatı sahələrinə yönəldirlər. Bu da bölgələrin əmanət payının azalmasında önəmli rol oynayır. Ekspertlərin bölgələrin inkişafına nail olmaq üçün əmanətlərin həcminin artırılması üçün təklifləri var.

Bundan başqa hal hazırda Bakıda 12 faiz gəlirlə hesablanan sığortalanan əmanətlərin bölgələrdə 14 faizə yüksəldilməsi də təklif olunur. Əgər belə olarsa bölgə vətəndaşları əmanətlərdən daha çox gəlir əldə edə biləcəklər. Bu isə bölgədəki banklarda maliyyə ehtiyyatlarının artmasına və onların regionların inkişafında daha çevik rol oynamasına səbəb olacaq.

İqtisadiyyatın inkişafı üçün çoxsaylı addımların atıldığı bu ərəfədə bölgələrin inkişafı üçün region banklarındakı əmanətlərin artırılması böyük əhəmiyyət daşıyır.


Mənbə: Xəzərxəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *