Naxçıvanı görməyə gələnlərin sayı artdı
Naxçıvan Muxtar Respublikasını (MR) görməyə gələnlərin sayı artıb.
2015-ci ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan MR digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə 305 min 897 nəfər turist səfər edib.
Bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsindən Oxu.Az-a bildirilib.
Komitədən qeyd edilib ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 2,5% çoxdur.
Qeyd edək ki, 2015-ci ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasına 224 min 182 nəfər turist gəlmişdi. Bu isə son bir ayda 81 715 nəfər daha çox turist deməkdir.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli