Naxçıvanlıların maaşları artdı
2015-ci ilin yanvar-iyun ayları ərzində Naxçıvan Muxtar Respublikasında əhalinin gəlirləri bir il öncəyə nisbətdə 5,2% artaraq 794 milyon 636 min manata çatıb.
Bu barədə Oxu.Az-a Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsindən bildirilib.
Komitənin məlumatına görə, onun hər bir nəfərə düşən həcmi isə 4,1%-lik artımla 1803 manata çatıb.
Bundan başqa, bu dövr ərzində orta aylıq əməkhaqqının məbləği 392,6 manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 2,6% çoxdur.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli