Azərbaycanda əhalinin gəlirləri artıb
2015-ci ilin yanvar-may aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 16,2 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi isə 4,5 faiz artıb.
Oxu.Az Dövlət Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, bu dövr ərzində gəlirlərin 73,9 faizi son istehlak xərclərinə, 9,6 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 14,0 faizi isə yığıma yönəldilib.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 14,6 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,7 faiz çox vəsait qalıb.
Mənbə:> Oxu.Az