The Times: Coca-Cola piylənməni dəstəkləyir » AzNews.info -Xəbər portalı

The Times: Coca-Cola piylənməni dəstəkləyir

The Times: Coca-Cola piylənməni dəstəkləyir


Coca-Cola şirkəti britaniyalı alimlərin piylənmə və şirin, qazlı suların istehlakı arasında əlaqəni təkzib edən tədqiqatları üçün milyonlarla funt xərcləyib.

Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə The Times qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, dünyaca məşhur konsern yalnız ondan artıq elmi layihəni maliyyələşdirməyib, eləcə də səhiyyə məsələləri ilə məşğul olan hökumət nümayəndələrini satın alıb.

Onlar öz çıxışlarında Coca-Cola və ona bənzər içkilərin artıq çəkiyə səbəb olması faktını şübhə altına alırdılar.

Eyni zamanda bir çox ekspert-dietoloqlar qeyd edirlər ki, məhz şəkərin ifrat istifadəsi artıq çəkiyə səbəb olur.

Ekspertlər şəkər tərkibli qida məhsullarına vergi qoyulmasına dair çağırışla çıxış ediblər.

“Coca-Cola şirkəti yalnız ictimai fikri deyil, eləcə də siyasi qərarları manipulyasiya etmək istəyir. Onların taktikası elmi tədqiqatlara təsir göstərməyə çalışan alkoqol və tütün şirkətlərinin taktikasını xatırladır”, - Faculty of Public Health cəmiyyətinin üzvü Saymon Kepvell bildirib.

Konsernin nümayəndələri The Times nəşrinə bildiriblər ki, şirkət müstəqil alimlərə elmi tədqiqatlar sifariş edirlər, belə ki, içkinin tərkibində olan inqredientlər haqqında alınan nəticələrə hər zaman etibar edir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *