Hərbi təyyarə düşdü: 8 ölü – FOTO
İspaniyanın Sevilya şəhərində aviaqəza nəticəsində ən azı 8 nəfər ölüb.
ANS PRESS-in məlumatına görə, bu barədə hökumət başçısı Mariano Raxoy açıqlama verib.
Baş nazirin sözlərinə görə, qəzaya uğrayan "A400M" hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 8-10 nəfər olub və onların hamısı həlak olub.
Yerli kütləvi informasiya vasitələrinin məlumatına əsasən, təyyarə günorta saatlarında havaya qalxandan bir az sonra "Coca-Cola" zavodunun ərazisinə düşüb.
Hadisənin səbəbləri hələ məlum deyil.
Mənbə:> ANSPRESS