“Coca-Cola”nın direktoru müəmmalı şəkildə yoxa çıxdı
Sankt-Peterburqa "Koka-kola ey-bi-si Avrasiya" zavodunun direktoru 37 yaşlı Dmitri Soşnev yoxa çıxıb.
ANS PRESS-in məlumatına görə, bu haqda "DelovoyPeterburq" qəzeti yazır.
Xəbərdə qeyd edilir ki, Soşnevin yoxa çıxdığı gün Soşnevin üstündə böyük məbləğdə pul olub.
Axırıncı dəfə direktoru zavodun ərazisində noyabrın 28-də görüblər. Dekabrın 1-də qohumları onun itkin düşməsi haqqda polisə müraciət edib.
Polislər müəyyən ediblər ki, Soşnevə telefonundan gələn zənglər müəssisənin ərazisini tərk edəndən dərhal sonra dayanıb, ancaq noyabrın 28-də axşam kimsə onun parolu ilə internetə girib.
Mənbə:> ANSPRESS