Bakıda müəmmalı şəkildə ölən gəncin son sözü » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Bakıda müəmmalı şəkildə ölən gəncin son sözü

Bakıda müəmmalı şəkildə ölən gəncin son sözü


Onun meyxanaçı olduğu ehtimal edilir.

Noyabrın 8-də Bakıda yanmış vəziyyətdə tapılmış meyitlə bağlı bəzi təfərrüatlar məlum olub.

Oxu.Az ANS-ə istinadən xəbər verir ki, “Adam İçində” verilişində bildirilib ki, həmin gəncin son sözü “meyxana” olub. Ehtimal edilir ki, həmin gənc meyxanaçı olub.

Hazırda onun hansı şəraitdə yandığı araşdırılır.

Qeyd edək ki, noyabrın 8-də Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsindən verilən məlumata görə, noyabrın 7-də Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində huşsuz vəziyyətdə, bədəndə müxtəlif yanıq xəsarətləri olan naməlum şəxs tapılıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Həkimlərin səylərinə baxmayaraq, həmin şəxs xəstəxanada ölüb.

Həmin şəxsin boyu təxminən 175-180 sm, çəkisi 70-75 kq, dolu bədən quruluşu və qara saçları var. Sol qolunda döymə edilmiş və sonradan silinmiş “Günel” sözü olub.

Həmin şəxs barədə hər hansı məlumat əldə olunarsa, 452-02-02, 428-02-02 və 425-49-15 telefon nömrələrinə zəng etmək xahiş olunur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *