Azərbaycan MDB-də maaş artımına görə ikinci yerdədir
Azərbaycan 2005-2014-cü illərdə MDB ölkələri arasında orta aylıq əmək haqqının artımına görə ilk üçlükdə yer alıb.
Oxu.Az xəbər verir ki, bu barədə MDB-nin Dövlətlərarası Statistika Komitəsinin məlumatında deyilir.
Məlumata əsasən, ilk üçlüyə daxildir: Rusiya – artım 553 dollar, Azərbaycan – 436 dollar, Qazaxıstan – 419.
MDB-nin digər dövlətləri ilə siyahıda bu cür yer alıb: Belarus – 375 dollar, Ermənistan – 267 dollar, Moldova – 186 dollar.
Son üç yeri Qırğızıstan – 165 dollar, Tacikistan – 138 dollar və Ukrayna – 136 dollar tutur.
Mənbə:> Oxu.Az