Dollar yenidən ucuzlaşdı
Türkiyədə dollar tarixi rekordunu vurduqdan sonra ucuzlaşıb.
ANS PRESS-in məlumatına görə, dünən 2,73 lirə olan 1 dollar bu gün ucuzlaşaraq 2,70 lirə olub.
Mütəxəssislər bildirirlər ki, dollar bundan da aşağı düşəcək.
Xatırladaq ki, ötən gün Türkiyədə dollar kəskin bahalaşaraq rekord vurmuşdu. Belə ki, 1 ABŞ dolları 2,7306 lirə təşkil etmişdi.
Qeyd edək ki, ABŞ-ın iyun ayında faizləri artırmaq istəyi dolların dəyərinin artımına gətirib çıxarır. Bundan əvvəl 1 dollar 2.6707 lirəlik rekord səviyyəyə yüksəlmişdi.
Dolların bahalaşması neftin qiymətinin dəyişməsi fonunda baş verir.
Mənbə:> ANSPRESS