Ölkədə ən böyük israfçılıq bu sahədədir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Ölkədə ən böyük israfçılıq bu sahədədir – FOTO

Ölkədə ən böyük israfçılıq bu sahədədir


Hər il Bakıda 8 milyon tona yaxın içməli su təyanatından kənara - avtomobil yuyulmasına sərf edilir.

ANS PRESS-in məlumatına görə, bu rəqəmi ortaya çıxarmaq elə də çətin deyil - şəhərdə 800 min avtomobil var. Bir avtomobili ildə ən azı 100 dəfə yuyurlar, hər yumada isə təxminən 100 litr su sərf edilir.


Ölkədə ən böyük israfçılıq bu sahədədir
Bakıda avtomobil yuma məntəqələri içməli su işlədir

Bu, içməli suyun təyinatdan kənar işlədilməsinin bir elementidir. Parkların və həyət-bacanın suvarılmasında, tikinti işlərində, camaşırxana və tualetlərdə isə bundan qat-qat artıq içməli su sərf edilir.

Rusiyanın su sahəsində tədqiqatlar üzrə ixtisaslaşmış “Enerqomatika” elm-istehsalat birliyinin araşdırmasına görə, bir insan gün ərzində orta hesabla 2,5 litr su işlədir. Bu hesabla, Bakıya gün ərzində daxil olan 1,2 milyon ton içməli suyun yalnız 10 min tonu sırf içmək üçün istifadə edildiyini güman etmək olar. Qalan sular isə sırf texniki məqsədlərlə işlədilir. Beləliklə, ölkənin su təsərrüfatının böyük xərclər çəkərək təmizlədiyi suyun böyük hissəsi təyinatdan kənar sərf edilir.


Ölkədə ən böyük israfçılıq bu sahədədir
Dövlət Məmmədov - Su İstehsalçıları Birliyinin sədri

Su İstehsalçıları Birliyinin (SİB) sədri Dövlət Məmmədov ANS PRESS-ə müsahibəsində texniki məqsədlərlə istifadə edilən suyun bir qismini alternativ mənbələr hesabına təmin etməyi mümkün sayır: “Bizdə gün ərzində 1 milyon tona yaxın kanalizasiya suyu təmizlənərək dənizə axıdılır. Halbuki, bu suyun bir qismini avtomobilyumada və şəhər parklarının suvarılmasında istifadə etmək olar”.

SİB sədri bu fikirin yeni olmadığını və hələ 1902-ci ildə Bakıya Şollar suyu çəkilən zaman ingilis mühəndis Uilyam Lindley tərəfindən vurğulandığını bildirir: “Bu barədə mən yeni yazdığım kitabımda geniş bəhs etmişəm”.

Avropanın 30-dan artıq şəhərinin su və kanalizasiya sistemini qurmuş ser Uilyam Lindley Bakıya böyük xərc çəkilərək gətirlmiş Şollar suyunu istifadə etdikdən sonra atmamağı və yenidən onu suvarmaya yönəltməyi təklif edib. İngilis mühəndisin Varşava, Lodz və Parisdə layihələndirdiyi kanalizasiya sistemləri bu gün də fəaliyət göstərir. Bu şəhrlərdə kanalizasiya suyunun böyük hissəsi mexaniki və bioloji üsullarla təmizlənərək suvarma işlərinə yönəldilir.

Lakin Birinci Dünya müharibəsi və Oktyabr inqilabı Vilyam Lindleyə Bakıda nəzərdə tutuqlarını həyata keçirməyə imkan vermədi. Nəticədə, uzan illər kanalizasiya suları birbaşa təmizlənmədən Xəzərə axıdıldı. İndi həmin sular təmizlənsə də, yenə də Xəzərə axıdılır və istifadə edilmir.


Ölkədə ən böyük israfçılıq bu sahədədir
Bakı - Şollar su kanalının çəkilişi

Dövlət Məmmədov şəhərdə lokal şəkildə müəyyən işlər görməklə su istehlakının, uyğun olaraq dənizə atılan suların miqdarını azaltmağı mümkün sayır: “Şəhərin hər yerində avtomobil yumağı qadağan etmək və gün ərzində 300-400 avtombilin yuyulduğu böyük stansiyalar tikmək olar. Bu stansiyalarda suyu mexaniki təmizləyərək, dəfələrlə dövriyyəyə qaytarmaq olar”.

Məişət səviyyəsində də müəyyən işlər görərək sərf edilən suyun miqdarını azaltmaq mümkündür. Beynəlxalq təcrübədə bunun çox gözəl örnəklər var. Məsələn, Yaponiya mənzillərində quraşdırılan xüsusi sistem vasitəsi ilə əl-üzyuyanda, duşda işlədilən su unitaz çəninə yönəldilir və tualetin təmizlənməsi üçün istifadə edilir.

Bu məsələdə Azərbaycanın da gözəl təcrübəsi var. Məsələn, 1980-ci illərdə Gəncə şəhərində kanalizasiya suları təmizlənirdi və indiki Samux rayonunda suvarma üçün istifadə edilirdi. Xüsusi arxlara axan su hərəkəti zamanı da bioloji təmizlənmədən keçirdi və ekoloji baxından yararlı olurdu.

Ölkədə ən böyük israfçılıq bu sahədədir
Hövsan Aerasiya Stansiyası - Cənubi Qafqazın ən böyük su təmizləyici qurğusu

Bu cür təcrübədən Bakıda da yararlanmaq mümkündür. Məsələn, Hövsanda təmizlənmiş suyu xüsusi sututarlara yerləşdirmək və oradan Abşeron yarımadasındakı əkin sahələrinə, beton və panel zavodlarına yönəltmək olar. Gələcəkdə texniki suyu çox işlədən sənaye müəssisələrinin bu cür su təmizləmə qurğularının ətrafına cəmləşdirilməsi çox vacibdir. Bu cür təmizləmə qurğularını sayını artırmaqla şəhərin əksər zonlarında bu cür sənaye zonalarının proporsional inkişafını təmin etmək də mümkün olar.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *