İlham Əliyev Goranboy rayonuna səfərə gəlib » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi, Sosial

İlham Əliyev Goranboy rayonuna səfərə gəlib

İlham Əliyev Goranboy rayonuna səfərə gəlib


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboy rayonuna səfərə gəliblər.

AzNews.info Prezident Adminstrasiyasının mətbuat xidmətinə əsasən xəbər verir ki, dövlət başçısı və xanımı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Goranboy rayonunun mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son vaxtlar rayonda görülən işlər və Ulu Öndərin yeni ucaldılan abidəsinin ətrafında aparılan geniş abadlıq tədbirləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri nəticəsində burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb. Geniş yaşıllıq zolaqlarının salındığı parkda orijinal memarlıq quruluşuna malik Heydər Əliyev Mərkəzi inşa edilib.

Daha sonra İlham Əliyev Goranboy şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrasının başa çatması ilə əlaqədar təşkil olunan mərasimdə iştirak edib
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboy şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrasının başa çatması ilə əlaqədar təşkil olunan mərasimdə iştirak ediblər.

Davamlı iqtisadi inkişaf mərhələsində olan Goranboyda reallaşdırılan sosial layihələr əhalinin rahatlığına, onların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Bu sırada rayonda icrası başa çatdırılan Goranboy şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsi xüsusi yer tutur. 2011-ci ildə tikintisinə başlanan hidrokompleksin sifarişçisi Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlikdir.

Layihəyə əsasən, Goranboy şəhəri və rayonun 18 yaşayış məntəqəsinin, Naftalan şəhəri və kurort şəbəkəsi də daxil olmaqla Qaşaltı və Qasımbəyli kəndlərinin içməli su tələbatını ödəmək üçün saniyədə 114 litr içməli su veriləcək. Nəticədə Goranboy rayonunun və Naftalan şəhərinin 47430 nəfər sakini fasiləsiz içməli su ilə təmin ediləcək. Potensial layihə gücü saniyədə 200 litr su ötürə bilən bu qurğu 2031-ci ilədək Goranboyun əhalisinin 75 faizini, Naftalan əhalisinin isə 100 faizini təmin etməyə hesablanıb. Laboratoriya analizləri suyun keyfiyyətinin yüksək olduğunu təsdiqləyib.

Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin direktoru Əli Məmmədov bildirdi ki, layihə çərçivəsində birinci mərhələdə Ballıqaya su mənbəyinin və əsas nəqledici magistral içməli su xəttinin tikintisi başa çatdırılıb. Bu mərhələdə baş suqəbuledici-ötürücü qurğular kompleksi inşa olunub, uzunluğu 36 kilometrdən çox olan magistral su xətti çəkilib. Bundan əlavə, infiltrasiya-drenaj qurğuları sahəsi yaradılıb, perforasiya olunmuş 13 suyığıcı boru quraşdırılıb. Magistral su xətti boyunca təzyiqazaldan 11 hovuz tikilib. İkinci mərhələdə şəhərin su anbarları sahəsi yaradılıb və hər birinin həcmi 1000 kubmetr olan 3 anbar tikilib, inzibati binalar və istehsalat bazası yaradılıb. Bu mərhələdə müxtəlif təyinatlı su və kanalizasiya xətlərinin çəkilməsinə xüsusi diqqət yetirilib, bütün abonentlər su sayğacları ilə təmin olunub. Üçüncü mərhələdə isə məhsuldarlığı gündə 5 min kubmetr olan çirkab və sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması həyata keçirilib. Qurğuların mükəmməl istismarını təmin etmək üçün avtomatlaşdırılmış idarəetmə sistemi quraşdırılıb.

Dövlət başçısı Goranboy şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonra Prezident İlham Əliyev Goranboy rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *