Azərbaycanda kredit borcu ilə əlaqədar STATİSTİKA » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda kredit borcu ilə əlaqədar STATİSTİKA

Azərbaycanda kredit borcu ilə əlaqədar STATİSTİKA


Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin 2015-ci il avqustun 1-nə olan məlumatına görə, Azərbaycanda 2 milyon 472 min 302 nəfər kredit götürən şəxs (borc alan) var.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) son yaydığı statistik məlumatda deyilir.

Bu isə ümumi əhalinin 27%-ni təşkil edir.

Məlumatda qeyd olunur ki, onların böyük bir hissəsi 2 milyon 438 min 268 nəfəri fiziki şəxslər, daha sadə şəkildə desək istehlakçılardır.

Bundan əlavə, 11 083 hüquqi şəxslər, 22 min 951 nəfəri isə sahibkarlıq subyektidir.

Zamin şəxslərin sayı isə son bir ayda 15 min 823 nəfər artaraq, 1 milyon 157 min 351 nəfərə çatıb.

Onu da əlavə edək ki, 2015-ci ilin fevralın 1-nə borcalanların sayı 2 milyon 342 min 233 nəfər, martın 1-nə 2 milyon 366 min 967 nəfər, aprelin 1-nə 2 milyon 389 min 292 nəfər, mayın 1-nə isə 2 milyon 414 min 122 nəfər, iyunun 1-nə isə 2 milyon 434 min 759 nəfər olub.

Xatırladaq ki, AMB Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından xidmət göstərir.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *