"Park Bulvar"da daha bir mağaza bağlandı
"Park Bulvar" ticarət mərkəzində fəaliyyət göstərən "İnci" mağazasının qarşısında bağlanması ilə bağlı elan vurulub.
Mağazada bütün geyim növlərinə 40-50 faiz endirim də tətbiq olunub. Satıcılarım sözlərinə görə, mağazada olan geyimlər satılıb bitdikdən sonra onlar fəaliyyətlərini tam dayandıracaqlar.
Qeyd edək ki, manatın sonuncu devalvasiyasından sonra ölkədə bu kimi mağazaların fəaliyyətlərini dayandırma halları çoxalıb.
Virtualaz.org saytı paytaxtın elit dükanlarının bir-birinin ardınca bağlanması barədə daha öncə də xəbər vermişdi. Həmin xəbərlərdə deyilirdi ki, Bakının mərkəzindəki (Zərifə Əliyeva, Rəsul Rza, Üzeyir Hacıbəyli, Zorge və s. küçələrdəki) butiklər satışları dayandırıb və bağlandığını elan edib.
Mənbə:> Musavat.com