Azərbaycanda qoyun çatışmazlığı
Qurban bayramı zamanı qurbanlıq qoyunların çatışmazlığı probleminin yaşanıb, yaşanmayacağı ilə bağlı inidən nəsə demək mümkün deyil, həmçinin bu barədə şərh etmək də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin səlahiyyətində deyil.
Oxu.Az-a bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu (Xanvəli) Həsənov Qurban bayramı vaxtı qurbanlıq “qoyun” çatışmazlığı problemi yaşana bilərmi sualını şərh edərkən bildirib.
Onun sözlərinə görə, belə bir problemin yaranmağı iş adamlarının gətirəcəyi heyvanların sayından asılıdır:
“Təminat olmadığı təqdirdə iş adamları xaricdən heyvan gətirə bilər, buna heç bir qadağa yoxdur. Azərbaycanda heyvan çatışmazlıından söhbət getmir, iş adamıdır, ucuz alıb, gətirib bazarda öz xeyri naminə baha satır. Həmişə bazara heyvanı onlar gətirib, əvvəlki illərdə də qurbanlıq qoyunları onlar gətirib, belə bir problem yaşanmayıb”.
Nazirliyin rəsmisi həm iş adamlarına, həm də qurbanlıq qoyun alan vətəndaşlara diqqətli olmağı tövsiyyə edib:
“Hər il olduğu kimi cari ilədə də biz ölkəyə idxal edilən heyvanların birinci növbəd baytarlıq sənədi (yəni bu heyvanlar hardan gətirilib, onlara əvvəllər hansı xəstəliklərə qarşı vaksinlər vurulub və s.) əsasında gətirilməsini tövsiyyə edirik.
Vətəndaşlar isə öz növbəsində, qurbanlıq qoyun alarkən sahibkardan həmin sənədləri tələb etməlidirlər. Bu halda heyvanların sağlamlığına təminat vermək olar” - deyə, Yolçu (Xanvəli) Həsənov qeyd edib.
Mənbə:> Oxu.Az