Daha 4 kəndə ilk dəfə təbii qaz verildi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Daha 4 kəndə ilk dəfə təbii qaz verildi

Daha 4 kəndə ilk dəfə təbii qaz verildi


Avqustun 27-də Qobustan rayonunun Yekəxana, Beyləqan rayonunun Qəhrəmanlı, Bərdə rayonunun Qaradəmirçi və Məmmədli kəndləri ilk dəfə olaraq qazlaşdırılmış, Ağstafa rayonunun Soyuqbulaq və Saloğlu kəndlərinə, Cəlilabad rayonunun Sabirabad kəndinə isə təbii qazın verilişi bərpa edilmişdir.

Oxu.Az SOCAR-ın saytına istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak etmişlər.

Ağstafa rayonunda ümumilikdə 540 abonenti olan Soyuqbulaq və Saloğlu kəndlərinə təbii qazın verilişinin bərpa edilməsi münasibətilə keçirilmiş mərasimdə qeyd olunmuşdur ki, qazlaşdırılma işləri zamanı ümumi uzunluğu 55066 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent üçün məişət qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılmışdır.

Cəlilabad rayonunda keçirilən tədbirdə bildirilmişdir ki, 740 abonenti olan Sabirabad kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 45405 uzunluğunda metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 740 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Həmin gün Qobustan rayonunun 155 abonentlik Yekəxana kəndinə ilk dəfə olaraq təbii qaz verilmişdir. Bu məqsədlə birpilləli sistem əsasında 12504 metrlik qaz kəmərləri çəkilmiş, mənzillər sayğac və fərdi tənzimləyicilərlə təmin edilmişdir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *