Ucar və Yevlaxın bir neçə kəndinə təbii qaz verildi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Ucar və Yevlaxın bir neçə kəndinə təbii qaz verildi

Ucar və Yevlaxın bir neçə kəndinə təbii qaz verildi


Bu gün Ucar rayonunun Qulabənd kəndinə, eləcə də Yevlax rayonunun Havarlı kəndinə və Türklər məhəlləsinə təbii qaz verilib.

Oxu.Az SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon İcra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ucar rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 306 abonenti olan Qulabənd kəndinin ilk dəfə qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 17 976 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 306 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yevlax rayonunun 496 abonentlik Havarlı kəndinə təbii qazın verilişinin bərpa olunması ilə əlaqədar keçirilmiş tədbirdə qeyd olunub ki, bu məqsədlə böyük iş görülüb: birpilləli sistem əsasında 33 087 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 496 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Yevlax rayonunun Yədilli kəndi ərazisindəki 25 abonenti olan Türklər məhəlləsinə də ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə vurğulanıb ki, məhəllənin qazlaşdırılması üçün birpilləli sistem əsasında 2821 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 25 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirlərdə çıxış edən kənd ağsaqqalları və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *