BP-də yerli kadrların sayı azaldı
2015-ci ilin I yarısına olan məlumata görə, BP-Azerbaijan şirkətində 2 866 nəfər Azərbaycan vətəndaşı (birbaşa işçilər) işləyir.
Oxu.Az-a şirkətdən verilən məlumata görə, bu da 2014-ci ilin axırına olan göstəricidən 126 nəfər azdır.
Bundan başqa, şirkətin hesabatına görə, Azərbaycanda ixtisaslı daimi işçilərin 86%-i yerli kadrlar, 14%-ni isə əcnəbilər təşkil edib.
Qeyd edək ki, 2014-cü ilin axırına BP şirkətinin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 992 nəfər idi.
Onu da əlavə edək ki, bir müddət əvvəl şirkət bildirirdi ki, BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli