İsveçrə İrana qarşı sanksiyaları aradan qaldırır
İsveçrə höküməti avqustun 13-də İrana qarşı tətbiq edilən sanksiyaları aradan qaldıracaq.
Oxu.Az Gazeta-ya istinadən xəbər verir ki, bu barədə İsveçrə hökumətinin yaydığı rəsmi bəyanatda deyilir.
“Federal Şura ümid edir ki, atılan addım nüvə razılaşmasının həyata keçirilməsinə dəstək və İranla ikitərəfli əlaqələrin genişləndirilməsinə maraq kimi qiymətləndiriləcək”, bəyanatda bildirilir.
Mənbə:> Oxu.Az