LUKoyl “Şahdəniz” üçün 1 milyardlıq kredit aldı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

LUKoyl “Şahdəniz” üçün 1 milyardlıq kredit aldı

LUKoyl “Şahdəniz” üçün 1 milyardlıq kredit aldı


“LUKOYL Oversiz Şahdəniz Ltd.” (“LUKOYL” ASC-nin 100% törəmə şirkəti) Azərbaycanda “Şahdəniz” layihəsi üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) 2-ci Mərhələsinin həyata keçirilməsi çərçivəsində Bakıda bir neçə bankdan ibarət konsorsiumla 12 il müddətinə 1 mlrd. ABŞ dolları məbləğində kreditin əldə edilməsinə dair saziş imzalayıb.

Oxu.Az şirkətin məlumatına əsasən xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB), Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) 12 il müddətinə 560 mln. dollar məbləğində kredit təqdim edəcəklər. ING Bank N.V., Bank of China, UniCredit AG və Societe Generale banklarından ibarət kommersiya bankları sindikatı isə AYİB və AİB-ın B-loan proqramı vasitəsilə 440 mln. dollar məbləğində krediti 10 il müddətinə verəcək.

“Şahdəniz” layihəsi üzrə HPBS-in ikinci mərhələsinin yerinə yetirilməsi üzrə işlər 2013-cü ilin dekabr ayında başlayıb. İxrac boru kəmərlərinin tikintisi xərcləri istisna olmaqla, əməliyyat konsorsiumu (VR – 28.83%, TPAO – 19%, Petronas –15.5%, SOCAR – 10%, LUKOYL – 10%, NICO – 10%, SGC – 6.67%) tərəfindən qoyulacaq investisiyaların ümumi məbləği təqribən 28 mlrd. dollar təşkil edəcək.

Layihənin birinci və ikinci mərhələlərində istehsal olunan qazın ümumi həcmi pik səviyyəsində ildə 25 mlrd. kubmetrə çatacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *