Yunan adalarına tələb kəskin artdı
Yunanıstanda davam edən böhran ilə əlaqədar mənzillərin qiymətində kəskin ucuzlaşma müşahidə olunub.
Oxu.Az xəbər verir ki, yaranmış vəziyyət ilə əlaqədar xarici sərmayədarların Yunanıstan mənzil bazarına eləcə də, yunan adalarına tələbi artıb.
Yunanıstan mətbuatında yer alan məlumata görə, ölkədə mənzilin qiymətləri 2008-ci illə müqayisədə, 40-50% azalıb.
Avronun dollar eləcə də funt sterlinq qarşıında zəifləməsindən istifadə edən amerikanlı və ingilislər yunan mənzil bazarına və yunan adalarına tələbi kəskin artırıb.
Mətbuat yazır ki, xüsusilə Santorini və Mykonos adalarında tələb bütün zamanların ən yüksək səviyyəsindədir.
Qeyd edək ki, bir müddət əvvəl Yunanıstan hökuməti 50 milyard avronu toplamaq məqsədilə adalardan bəzilərini satışa çıxarmışdı.
Eskpertlər isə, yunan adalarına investisiyanın məqsədəuyğun olacağını bildirmişdilər.
Mənbə:> Oxu.Az