Pulumuzu yunan adalarına yoxsa Bakıdakı villalara yatıraq? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Pulumuzu yunan adalarına yoxsa Bakıdakı villalara yatıraq?

Pulumuzu yunan adalarına yoxsa Bakıdakı villalara yatıraq?


Bir müddət əvvəl KİV-də səs-küyə səbəb olan hadisələrdən biri də Yunanıstan hökumətinin 50 milyard dolları toplamaq məqsədilə yunan adalarını satışa çıxarması olmuşdu.

Hökumət isə bu addımı hazırda çökmək ərəfəsində olan iqtisadiyyatı xilas etmək məqsədilə etdiyini bildirib. Artıq Yunanıstan 11 belə adanı satışa çıxarıb. Qiymətləri isə 3,3 milyon dollardan başlayaraq maksimum 55 milyon dollara qədərdir.

Qiymətlər Londonun prestijli rayonunda satılan evlərdən, hətta Azərbaycanda tikilən villalardan belə ucuzdur.

Qısa bir araşdırma apardıq, məlum oldu ki, Bakıda mövcud olan villaların maksimum qiyməti 3 milyon dollardan yuxarıdır:

Belə ki, İnşaatçılar metrosunun yaxınlığında 12 otaqlı villanın qiyməti 4 milyon 500 min manat, Badamdar qəsəbəsində 20 otaqlı villanın qiyməti 3 milyon 500 min manat, Şüvəlan qəsəbəsində 10 otaqlı villanın qiyməti 4 milyon manat, Badamdar qəsəbəsində 12 otaqlı villanın qiyməti isə 5 milyon 450 min manat təşkil edir.

Belə olan halda, düşünmək olar ki, yunan adalarına investisiya etmək Bakıda villa almaqdan daha faydalı ola bilər.

Məsələ ilə bağlı daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov Oxu.Az-a bildirib ki, investorlar bir ölkəyə investisiya yatırmaqla gələcəkdəki risklərini sığortalamış olurlar:

“Bu gün Yunanıstan hökumətinin vəziyyəti yaxşı deyil. Hökumətin real, böyük miqdarda vəsaitə ehtiyacı var. Yaranmış vəziyyətdən istifadə edərək ora investisiya yatırmaq məqsədəuyğundur. Həm riskləri azaldılmağı baxımından məqsədəuyğundur, həm də yaranmış şərait onu diqtə edir ki, ora investisiya yatırılsın” - deyə, ekspert qeyd edib.

Azərbaycanda villaların qiymətinin baha olmasına gəldikdə isə, N.İbrahimov bildirib ki, belə tikililərin maya dəyəri Azərbaycanda baha başa gəlir:

“Birinci, tələb-təklif üstəgəl, bu tikililərin maya dəyəri (torpağın alınması, sənədləşdirmə və s.) qiyməti formalaşdırır. İkinci, harda tələb varsa, orda qiymətlər ona uyğun formalaşır. Azərbaycanda isə ucuz nəsə yoxdur” - deyə, ekspert qeyd edib.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *