Alla Puqaçova İsraildə striptiz göstərdi – VİDEO
“O, Maksim Qalkin ilə bərabər “Arqo” mahnısını oxuyub”.
Rusiya estradasının primadonnası Alla Puqaçova İsraildə striptiz göstərib. 66 yaşlı müğənni Rusiyaya yola düşməzdən öncə dostu Semyon Mogilevskinin ad günündə necə lazımdı əylənməyi qərara alıb.
Oxu.Az StarHit-ə istinadən xəbər verir ki, Semyon öz ad gününü Aralıq dənizi sahilində yerləşən Keysariyada qolf-klubda qeyd edib.
Rusiya pop-divasından başqa prodüser Mogilevskini təbrik etməyə aktrisa Tamara Qverdtsiteli də gəlib. O, Maksim Qalkin ilə “Arqo” mahnısını bərabər oxuyub, Puqaçova isə rəfiqəsi Alina Redel ilə elə səhnədəcə oynamağa başlayıblar. Amma iş bununla bitməyib.
“Bizim növbəti mahnımız lirik mahnıdır. İndi nə edəcəksiz? Yüngül striptiz göstərə bilərsiz. Alla Proxorovun qızlarının oynamağı yadındadır?”, - Qalkin arvadına müraciət edib. Redel bu sözlərdən sonra səhnədən gedib, primadonna isə qalıb. O, stul götürüb və Qalkinin fransız dilində ifa etdiyi mahnının sədaları altında qonaqlara yetərincə açıq-saçıq rəqs bəxş edib, sonra isə hələ mahnı da oxuyub.
Mənbə:> Oxu.Az