Adam əməliyyat olunan vaxt çalıb-oxuyub – VİDEO
Braziliyalı gitaraçı beynindən əməliyyat olunan vaxt gitara çalıb və "Beatles" qrupunun mahnısını ifa edib.
ANS PRESS-in məlumatına görə, cərrahiyyə əməliyyatı zamanı 33 yaşlı bank işçisi Entoni Diasın huşu özündə olub. O, "Yesterday" mahnısından sonra bir neçə braziliya xalq musiqisi və kompozisiya da ifa edib.
Həkimlər Entoni Diasın oğlu dünyaya gələndən 15 gün sonra onun beynində şiş aşkarlanmışdı. Gənc ata buna görə kələdiyini, hətta maşının markasını belə tələffüz edə bilmədiyini də deyib. Xoşbəxtlikdən əməliyyat uğurlu keçdi və iyunun 4-də o. xəstyəxanadan buraxılıb. Entoninin "konsert"ini isə videoya çəkərək internetdə paylaşıblar.
"Həkimlər məndən bir xalq mahnısı oxumağı istədilər, mən də oxudum", - deyən adam əməliyyatdan sonra zarafat da edib.
Mənbə:> ANSPRESS