Ağılları çaşdıran əməliyyat – FOTO (+18)
Venesuelada qəribə hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, 37 yaşlı Henri Deymon özünü əməliyyatla eybəcər hala salıb.
Öz istəyilə əməliyyat olunan Henri özün “Kapitan Amerika” adlı filmdə dəhşətli qətillər törədən “Red Skul” adlı obraza bənzətmək istəyib.
Bu səbəbdən Henri Deymon üzünə müxtəlif döymələr vurdurub. Daha sonra alnına və üzünə silikon doldurdub. Bununla da kifayətlənməyən Henri Deymov burnunun bir hissəsini kəsdirib.
Özünü eybəcər hala salan Henri həqiqətən də qorxulu görkəm alıb.
Həkimlər əməliyyatdan sonra Henrinin səhhətində problem olmadığını bildiriblər.
Mənbə:> ANSPRESS