Kamran Həsənli "Günəbaxan"dan getməsindən danışdı
Aparıcı Kamran Həsənli “Günəbaxan” verilişindən getməsinə münasibət bildirib. Lent.az-a açıqlama verən aparıcı bildirib ki, mayın 18-də verilişdə son dəfə aparıcı kimi görünəcək: “Verilişdən öz istəyimlə getdim. Yeni layihəm var. Bu barədə indidən danışmaq istəmirəm. Yaxınlarda məlumat verəcəyəm. Həftənin 1-ci günü “Günəbaxan” verilişini həmkarım Elgiz Əkbərə təhvil verəcəyəm”.
Qeyd edək ki, E.Əkbər aparıcılıq etdiyi “Adam içində” verilişi bağlandıqdan sonra işsiz idi.
Mənbə:> Lent.az