Kamran Əliyev Telli Borçalının qayda pozuntusundan danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Maqazin, Avto

Kamran Əliyev Telli Borçalının qayda pozuntusundan danışdı

Kamran Əliyev Telli Borçalının qayda pozuntusundan danışdı


Bu gün ATV-nin “Şirin çay” verilişinə qonaq olan aşıq Telli Borçalı polis işçilərinin ona hörmət etdiklərini deyib. O bildirib ki, yol polisləri bütün sənətçilərə qayda pozanda hörmət edirlər: “Polisə deyirəm: “Elə sənin "ajığına" qırmızıdan keçmişəm”. Mənə heç vaxt cərimə yazılmayıb”.

AzNews.info-nun Ucnoqta.az-a istinadən xəbərinə görə, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev münasibət bildirib. Onun sözlərinə görə, belə konkret faktla qarşılaşmayıb: “Amma ola bilər ki, hansısa cüzi qayda pozuntusudursa, ciddi inzibati xəta deyilsə, şəxsiyyətin ölkədə tanınmış insan olması, ölkə qarşısında xidmətləri inspektor tərəfindən nəzərə alınar və ona xəbərdarlıq edilər. Amma inanmıram ki, bu, kütləvi xarakter daşısın...”.

Həmin şəxslərin çıxıb efirdən bu cür danışmasına isə Kamran Əliyev çox sərt münasibət bildirib:

“Çıxıb efirdə belə şey danışmağa çox pis baxıram. 2-3 dəfə efirdə mahnı oxuyub özünü məşhur sayanlar bilsinlər ki, onlara heç kim yolda güzəşt eləmir. Sadəcə özlərinə hörmət qazandırmaq üçün guya ayrı-ayrı vəzifəli şəxslərin onlara hörmət etməsini əsassız şəkildə bəyan edirlər. 2-3 dəfə çıxıb efirdə mahnı oxuyan adamın qayda pozuntusuna yolda hamının göz yumması doğru deyil”.

Mənbə: Ucnoqta.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *