Hadiseni özündən çıxardılar
Türkiyəli məşhur müğənni ötən günlərdə haqqında yayılan xəbərlərə aydınlıq gətirib.
ANS PRESS-in məlumatına görə, türkiyəli tanınmış müğənni Hadise Açıkgöz yerli mətbuatda Türkiyədə qazandığı pulun Belçikada vergisini ödəməsi barədə yazıların əsassız olduğunu açıqlayıb.
Müğənni bu iddialara çox əsəbiləşib. Bu barədə mətbuat xidməti açıqlama yayıb.
“Hadisenin Türkiyədə qazanığı pulun vergisini Belçikada ödəməsilə bağlı yazılan xəbərlər tamamilə əsassız və yalandır. Bu məsələ barədə illər əvvəl verdiyimiz açıqlamanı bird aha təkrarlayırıq.
Hadise hər türk vətəndaşı kimi qazancının vergisini ölkəsində, yəni Türkiyədə rəsmi dairələrə öməkdədir”, – deyə açıqlamada bildirilir.
Mənbə:> ANSPRESS