Hadise məhkəməyə verildi » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Hadise məhkəməyə verildi

Hadise məhkəməyə verildi


Məşhur türkiyəli müğənni Hadise məhkəməyə verilib. ANS PRESS-in məlumatına görə, “Aşk kaç beden giyer” mahnısının bəstəkarı Ender Gündüzlü ifaçıya qarşı təzminat iddiası qaldırıb.

Bəstəkarın bu addımına səbəb Hadisenin çəkildiyi reklamlarda mahnıdan icazəsiz istifadəsi olub.

Ender Gündüzlü müğənniyə 200 min lirəlik (70 min manat) təzminat davası açılması üçün məhkəməyə müraciət edib. Lakin ilkin məhkəmə iclasında hakim onun iddiasını rədd edib.

Araşdırma zamanı məlum olub ki, reklamda başqa mahnıdan istifadə edilib, internetə yüklənən video isə kamera arxası çəkilişlərdir və onu kimin yaydığı məlum deyil.

Ender Gündüzlü məhkəmənin bu qərarı ilə razılaşmayıb və haqlı olduğunu sübut edən faktlar təqdim edəcəyini bildirib. Hakim onun etirazını nəzərə alaraq, işə yenidən baxılması üçün məhkəməni təxirə salıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *