Məşhur müğənni ailəsi üçün qonşulardan xilas olur – FOTO
Türkiyənin ən xəsis müğənnisi kimi ad çıxaran Əmrah qeyri-adi qərar verib. ANS PRESS-in məlumatına görə, Bodrumdakı evlərində qonşuların hücumuna məruz qalan Əmrahın ailəsi üçün bütün binanı satın almağa hazırlaşdığı deyilir.
Hadisə Əmrah özü İstanbulda olduğu zaman baş verib. İndi o, Bodrum Bitezdəki villalarında həyat yoldaşı Sibel Kirer və ailəsinə bıçaq, dəyənəklərlə hücum edən qonşularından intiqama hazırlaşır.
Hadisədən dərhal sonra Bodruma qayıdan və ailəsi birlikdə polisə üz tutan Əmrah qonşu villalarda kirayə qalanlarla bağlı hərəkətə keçib. O, problemi birdəfəlik həll etmək üçün qeyri-adi yol seçib.
28 villalı kompleksdə yaşayan müğənni qonşu dərdindən tamam xilas olmaq niyyətindədir.
Daşınmaz əmlak zəngini olan Əmrah villaların sahibi ilə danışıqlara başlayaraq 26 villanı əldə etmək niyyətindədir. Villalardan birinin orta qiyməti isə 250 min dollar civarındadır. Ailəsinin bir daha qonşu hədəsi ilə qarşılaşmaması üçün o 7 milyon dolara yaxın vəsait ödəməyə hazırdır.
Satışda hər hansı problem yaşaanmasını istəməyən sənətçi maliyyə müşavirlərinə "dəyəri nə olursa olsun villaları satına alın" təlimatı verib.
Əgər bu baş tutarsa onun ailəsinə hüum edənlərin hamısı öz evlərini itirmiş olacaq.
Xatırladaq ki, müğənni ilə qonşuları arasında davaaya səbəb Əmrahın anasının ortaq istifadədə olan baxçaya icazəsiz gül əkməsi olub. Qonşular buna etiraz edərək çiçəkləri qoparıblar. Bundan sonra mübahisə başlayıb.
Mənbə:> ANSPRESS