Özcan Dənizdən gözlənilməz jest » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Maqazin

Özcan Dənizdən gözlənilməz jest

Özcan Dənizdən gözlənilməz jest


Türkiyənin tanınmış müğənnisi Özcan Dəniz maraqlı bir addım atıb.

ANS PRESS-in məlumatına görə, çox sayda filmdə rol alan sənətçi qazandıqları pulu biznesə yatırmağa başlayıb. Ancaq müğənnini bu addımı atmağa bir hadisə vadar edib. Belə ki, müğənni lüks cipini İstanbulda yaşadığı evin yaxınlığındakı avtomobillərin təmiri emalatxanasına aparıb.

Hər zaman getdiyi emalatxanada çalışan ustanın işdən çıxdığını eşidən Özcan çox pis olub. Sənətçi həmin usta ilə çox yaxın olub. Tez-tez bu ustanın yanına gedib söhbət edən müğənni onun işsiz qaldığını eşitdikdən sonra həmin emalatxana yaxınlığında avtomobillər üçün servis açıb. İşsiz qalan həmin ustanı isə servisdə işə götürüb. Müğənni yeni biznesinə görə illik 600 min dollar məbləğində icarə haqqı ödəyib.

Ustadan servisə nəzarət etməsini istəyən sənətçi gözlənilməz bir jest daha edib. Özcan Dəniz avtomobil servisinin 35%-lik hissəsini ustaya hədiyyə edib. Biznes sahəsinə sürətli giriş edən müğənni duyğusal jesti ilə digər məşhur şəxslərə də nümunə olub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *