Kayahanın ailəsi çiçək satıcılarını əsəbləşdirdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

Kayahanın ailəsi çiçək satıcılarını əsəbləşdirdi

Kayahanın ailəsi çiçək satıcılarını əsəbləşdirdi


Ötən həftə dünyasını dəyişən Türkiyənin məşhur müğənnisi Kayahanın ailəsinin cənazə mərasiminə əklil göndərilməməsini xahiş etməsi ölkədəki çiçəkçiləri hiddətləndirib. ANS PRESS-in məlumatına görə, Ankara Çiçəkçilər Palatasının sədri Mətin Aydəmir facebook səhifəsində bu tələbə kəskin reaksiya bildirib. Sədr həmçinin ailəsini, Kayahanın ölüsünə də hörmət etməməkdə ittiham edib. Aydəmir ailənin “əklil pulu ilə bir fonda dəstək” tələbinin çiçəkçilik soktorunu çıxılmaz vəziyyətə saldığını deyib.

“Türkiyənin böyük sənətçilərindən olan Kayahanın vəfatı ölkəmizdəki rayonlar və bölgələr də daxil olmaqla bu sahədə çörək pulu qazanan on minlərlə mənsubumuzu dərindən kədərləndirib. Mərhuma Allahdan rəhmət, ailəsinə və sevənlərinə başsağlığı veririk. Amma biz hesab edirik ki, Türkiyədə sənətlə çiçək ayrılmaz bir bütündür. Son baş vermiş hadisədə də olduğu kimi vəfat edənlərin yaxınlarının cənazə mərasiminə əklil göndərilməməsi və həmin məbləğin bir fonda verilməsi istiqamətində xəbərdarlıqları bizi həqiqətən çıxılmaz vəziyyətə salır”.

Sədr vurğulayıb ki, hər hansı bir fonda pul bağışlamaq üçün kiminsə ölməsini gözləmək lazım deyil.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *